Devid Kemeron: “İŞİD döyüşçüləri müsəlman deyil…”

“Onlar məsuliyyətə çəlb olunacaq”

 

Böyük Britaniyanın Baş naziri Devid Kemeron bazar günü İŞİD terror qruplaşmasının yaydığı 44 yaşlı Devid Heynsin edam videosuna münasibət bildirib. Mərhumu “Britaniyanın qəhrəmanı” adlandıran baş nazir bəyan edib ki, belə hərəkətlərə görə cavab vermək lazım gələcək. Britaniya dövləti onun vətəndaşını qətlə yetirənləri gec-tez məsuliyyətə cəlb edəcək.

“İŞİD döyüşçüləri müsəlman deyil. Onlar monstrdır”, deyən baş nazir ekstremistlərlə müsəlmanlar arasında fərqi ortaya qoyub.

COMMENTS