DGK sədri 70-ə yaxın qohumu ilə əl-ələ verərək…MEHDİYEVLƏR TALANI

DGK sədri 70-ə yaxın qohumu ilə əl-ələ verərək…MEHDİYEVLƏR TALANI

“Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm” deyən qohumbaz komitə sədri – Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev barəsində sosial şəbəkələrdə məlumat paylaşılıb. Son günlər gömrüklə bağlı rüsumların artırılması səbəbindən xüsusi olaraq diqqətə gələn Səfər Mehdiyevin qohum şəbəkəsinin hansı mövqelərdə nələrə malik olduğu haqda bilgilərin oxucularımız üçün də maraqlı olacağını düşündüyümüzdən DİA.AZ olaraq həmin materialı təqdim edirik:

“Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Naxçıvan, Babək rayonu, Nehrəm kəndində, Şevroletin logosuna bənzər malikanəsi var, ətrafdakı tikililər də ona və qohumlarına aiddir.

GÖMRÜKDƏKİ MEHDİYEV TALANI...

Həmçinin Dövlət Gömrük Komitəsinin sədri Qusarda, Şamaxıda, Mərdəkanda villalara, Milli Onkologiya Mərkəzinin yanında supermarketə, mərasim zallarına, Gömrük Komitəsinin Hospitalının yanında diş klinikasına, Badamdar qəsəbəsində nəhəng villaya sahibdir.

General-polkovnikin Şahbuz rayonu, Biçənək kəndində, dağların arasında, ucu-bucağı görünməyən, möhtəşəm bir malikanəsi var. Malikanənin içindən Biçənək çayının bir qolu axır.

GÖMRÜKDƏKİ MEHDİYEV TALANI...

Bundan başqa Nehrəm kəndinin yaxınlığında 350 hektarlıq ərazidə üzüm və alma bağları saldırıb. Nehrəmdə şərab istehsalı üçün istifadə olunur. “Sumqala Tikinti Təchizat” MMC nəzdində 100-dən çox işçisi olan “Sumqala” Nehrəm üzümçülük təsərrüfatının sahibi komitə sədrinin qardaşı Kazım Mehdiyevdir. Mənbə: http://serqqapisi.az/index.php/iqtisadiyyat/17474-sumgala-uzumchuluk-taesaerrufat-agrar-sahaenin-inkishaf-na-oez-toehfaesini-veraedzaek

Səfər Mehdiyevin bacısı oğlu Fərman Əliyev Dövlət Gömrük komitəsinin əməkdaşıdır. Digər bacısı oğlu Əli ismayılov avtomobillərin gömrük rəsmiləşdirilməsi idarəsinin (“rastamojka”) əməkdaşıdır. Digər bacısı oğlu Məhərrəm İsmayılov Gömrük Komitəsi mobil rabitə xidmətinin əməkdaşıdır. Gömrük Komitəsinə işə qəbula Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir. Xalası oğlu Vüsal Nuruyev Sınıq körpü gömrük postunun rəisidir. Səfər Mehdiyevin bacısının 3 kürəkəni, bacısı oğlu, qaynatası, bacanağları, bibisi və dayısı uşaqları, bir sözlə, 70-ə yaxın qohumu gömrük xidmətində işləyirlər. Bunları dolandırmaq lazımdır ya yox?

Rüsumları, vergiləri ona görə digər ölkələrdəki standartlara uyğun edirlər ki, bu qədər nəsli dolandırsınlar.

Qayınları Əli, Zeynal, İlham Tarquliyevlər də məhz Səfər Mehdiyevin sayəsində Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Çox rahatlıqla xarici ölkələrdən istədikləri qədər mal gətirirlər. Sizcə belə adamlara sərf edərmi ki, sıravi vətəndaşlar ayda bir neçə dəfə xaricdən nələrsə gətirsinlər?

Məsələn, onun Gündüz adlı bacanağı “Babək” və “Orxan-SS” şirkətlərinin sahibidir. O, Hindistandan ölkəmizə idxal olunan camış ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib.

Utanmır hələ 1%-dən danışıb, camaatın 35% cibinə girir”.

Dosye.org olaraq qarşı tərəfin də fikirlərini bilmək maraqlı olardı…

DOSYE.ORG

GÖMRÜKDƏKİ MEHDİYEV TALANI...

GÖMRÜKDƏKİ MEHDİYEV TALANI...

COMMENTS