Dilarə Kazımova nişanlısından danışdı

Dilarə Kazımova nişanlısından danışdı

“Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova nişanlısından danışıb.

 

Dosye.org axşam.az-a istinadən xəbər verir ki, müğənni “Onlar” verilişinə açıqlamasında onunla müsabiqəyə qatılmazdan əvvəl tanış olduğunu bildirib:

“O, mənə “Eurovision” ərəfəsində də dəstək olub. Çox vaxt deyirlər ki, qadınlar ərə gedəndən sonra sənəti atırlar. Amma məndə belə olmayacaq. Bu adam bilir ki, peşəmi çox sevirəm, həyatımı onsuz təsəvvür etmirəm. Deyirlər ki, “Eurovision” düşərli olur, ərə gedirsən. Mən müsabiqədən əvvəl o insanla münasibətdə idim. Səs yarışmasında da mənimlə olub. İstəyirdik, müsabiqədən əvvəl toy edək. Amma qərar verdik ki, sentyabr-oktyabrda olsun”.

Yaradıcılığından bəhs edən Dilarə albom hazırlayır:

“İndi mahnılar üzərində işləyirəm. İki yeni bəstə çıxacaq. Avropaya gedəcəm, təzə mahnılar yazdıracam, albom olacaq. Burada həm avropalı, həm türk, həm də azərbaycanlı bəstəkarlardan musiqilər yer alacaq. Eldar Qasımovla bir mahnımız olacaq. Biz Eldarla “Böyük səhnə”də də dost idik. Onunla həmişə məsləhətləşirik. Mənə yaxşı məsləhətlər verir”.

COMMENTS