Doğum evindən 2400 manat və telefon oğurlanıb

Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində oğurluq olub.

 

“Qafqazinfo”ya Bakı şəhər BPİ-dən verilən məlumata görə, hadisə noyabrın 6-da baş verib.

Qazax rayon sakini Sevil Mansurovaya məxsus içərisində mobil telefon və 2400 manat olan pul kisəsi oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1954-cü il təvəllüdlü Şahnaz Mövsümova saxlanılıb.

COMMENTS