Donbass işğal edildi, qoşunlar Kiyevə də girməyə hazırlaşır?

Donbass işğal edildi, qoşunlar Kiyevə də girməyə hazırlaşır?

Vladimir Putin Rusiya Federasiyasının silahlı qüvvələrinə qondarma “DXR” və “LXR”-də sülhün qorunmasını təmin etməyi tapşırıb.

Bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Bundan əlavə, Prezident Rusiya Xarici İşlər Nazirliyinə qondarma “DXR” və “LXR” ilə diplomatik münasibətlərin qurulması, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında danışıqlar aparmağı tapşırıb. “LXR” və “DXR”-in suveren və müstəqil dövlətlər kimi tanıyan fərmanlar çərşənbə axşamı gecə dərc edilib.

Rusiya prezidenti Vladimir Putinin ötən gün müstəqilliyi tanınan “Donetsk və Luqansk xalq respublikaları”ına “sülhün dəstəklənməsi üçün” qoşunların yeridilməsi barədə sərəncamının ardınca gecə saatlarında rus tanklarının nəhəng kalonları Donbassa daxil olub. Sosial şəbəkələrdə yayılan kadrlara əsasən Rusiya qoşunlarının Donetsk və Luqansk vilayətlərinə yeridilməsi davam edir.

Qoşunların yeridilməsi başlayan saatlarda təmas xəttində tanklardan da istifadə olunmaqla atışmalar qeydə alınıb. Hələlik Ukrayna rəhbərliyi Donbassa açıq müdaxilə edən Rusiya qoşunlarına müqavimət barədə qərar verməyib, amma hadisələrin sonrakı inkişafını proqnozlaşdırmaq çətindir.

Belə ki, Donbassa qoşunların yeridilməsinin ardınca Belarusda cəmləşdirilmiş Rusiya qoşunları da Ukrayna sərhədlərinin bir kilometrliyinə yeridilib. Bu da belə narahatlıqlara səbəb olub ki, Rusiya Donbassla kifayətlənməyib Ukrayna paytaxtı Kiyevi də tutmaq planları qurur.

Virtualaz.or

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiya silahlı qüvvələrini “DXR” və “LXR”nı da sülhməramlı funksiyaları ilə təmin etmək məqsədilə fərman imzalayıb.

“Donetsk Xalq Respublikası rəhbərinin Rusiya Federasiyası Müdafiə Nazirliyinə müraciəti ilə əlaqədar olaraq, “dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” saziş bağlanana qədər Rusiya Silahlı Qüvvələri Donetsk Xalq Respublikasının ərazisində sülhməramlı funksiyaları yerinə yetirir”, – “DXR”-nın müstəqilliyinin tanınması ilə bağlı fərmanın bəndlərindən birində deyilir.

Rusiya Müdafiə Nazirliyinin “LXR”-nın müstəqilliyinin tanınması haqqında fərmandakı göstərişləri də oxşar şəkildə tərtib edilmişdir.

Fərman imzalandığı gündən – fevralın 21-dən qüvvəyə minib.

“AzPolitika.info”

 

COMMENTS