Dövlət əhaliyə hansı dəstəyi göstərəcək – Siyahı açıqlandı

Dövlət əhaliyə hansı dəstəyi göstərəcək – Siyahı açıqlandı

Xəbər verdiyimiz kimi, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” proqram hazırlanıb.

“Yeni Sabah” xəbər verir ki, proqramda əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün  hazırlanan sosial paketdə aşağıdakılar nəzərdə tutulur:

• Sosial yardım (işsizlik müavinəti, sosial yardım və s.) üçün vəsaitlərin ayrılması.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı:

• Xüsusi vəsaitlərin ayrılması.

İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı:

• Əlavə vəsaitlərin ayrılması.

Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı:

• Əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində  müddətli artırılması.

Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı:

• Xüsusi vəsaitlərin ayrılması.

DOSYE.ORG

COMMENTS