Dövlət saytları araşdırılacaq

Dövlət qurumlarının mülkiyyətində olan informasiya ehtiyatlarının və sistemlərinin növbəti monitorinqi aparılacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Məlumat Hesablama Mərkəzi araşdırmaya bu ilin sentyabr ayından başlayacaq.

Monitorinqin məqsədi informasiya ehtiyatlarının və sistemlərinin qanunvericiliklə müəyyən edilmiş şəkildə yaradılmasına, mühafizə olunmasına və digər dövlət qurumlarına “bir pəncərə” prinsipi əsasında ötürülməsinə nəzarət etməkdir. Artıq müəyyən olunmuş texniki-proqram çatışmazlıqlarının aradan qaldırması üçün təkliflər hazırlanacaq.

İnformasiya sistemlərinin təşkilini və səmərəliliyini qiymətləndirmək üçün sorğu tərtib olunub. Sorğu əsasən aidiyyəti qurumların elektron idarəçilik, informasiya sistemləri, elektron xidmətlər, istifadəçilərlə əks əlaqənin yaradılması, informasiya mübadiləsi və digər istiqamətləri əhatə edir.

COMMENTS