Dünyada koronavirusdan sağalanların sayı YARIM MİLYONU keçdi

Dünyada koronavirusdan sağalanların sayı YARIM MİLYONU keçdi

Aprelin 16-da səhər saatlarına olan məlumata görə, dünyada koronavirusa yoluxan insanların ümumi sayı 2.083.326 nəfər təşkil edir.

Modern.az COVID-19 barədə statistika aparan Worldometers saytına istinadla xəbər verir ki, virusdan ölənlərin sayı 134 min 616 nəfərə çatıb.  510 min 350 nəfər isə sağalıb.

Yoluxma hallarına görə ABŞ birincidir – burada 644 min 089 nəfərdə virus aşkarlanıb. Xəstələrin sayına görə ikinci yerdə İspaniya (180 min 659), üçüncü yerdə isə İtaliya (165 min 155 nəfər) gəlir.

Xatırladaq ki, 2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib.

DOSYE.ORG

COMMENTS