Dünyanın maliyyə qurumları hakerlərin hədəfinə çevrilib

Dünyanın maliyyə qurumları hakerlərin hədəfinə çevrilib

“Blackberry” şirkətinin təhlükəsizlik tədqiqatçıları Cənubi Asiya maliyyə qurumları və qlobal əyləncə şirkətlərinə hücum etmək üçün mənşəyi bilinməyən zərərli proqramlardan istifadə edən “muzdlu haker” (“hackers for hire”) qruplaşması barədə xəbərdarlıq ediblər.

Dosye.org xəbər verir ki, “CostaRicto” adlanan bu qruplaşma mürəkkəb zərərli proqram təminatına, kompleks imkanlara malik olan VPN-proxy və SSH-tunelləmə alətlərinə sahib olan hakerlər tərəfindən təşkil olunub.

“CostaRicto”nun hədəfləri Avropa, Amerika, Asiya, Avstraliya və Afrikaya səpələnsə də, ən yüksək konsentrasiya Cənubi Asiyada (xüsusilə Hindistan, Banqladeş və Sinqapur) müşahidə olunur.

DOSYE.ORG

COMMENTS