Cəbhə bölgəsində sabitlik davam edir

Cəbhənin Ağdam istiqamətindəki kəndlərindən xəbər verən əməkdaşımız bildirdi ki,hazırda erməni işğalçıları ilə üz-üzə olan kəndlərdə sakitlikdir, atışma yoxdur:

 

“Lakin yerli sakinlər deyirlər ki, atışma adətən gecə 2 radələrində olur. Ona görə də bir qrup jurnalist bu gecəni döyüş xəttində olan kəndlərdə keçirib, monitorinq aparacağıq”.

 

Müxbirimiz bu dəqiqələrdə çəkilmiş fotosunu da yollayıb. O, yazır ki, ermənilər şəkil çəkdirdiyi yerdən 2 km məsafədədir: “Burdan o tərəfə post var, jurnalistləri buraxmadılar”.

COMMENTS