“Çixura” – “Neftçi” matçının başlama saatı açıqlandı

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Çixura” – “Neftçi” matçının başlama saatı açıqlanıb.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 7-də “Mixail Mesxi” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 31-də Bakıda keçiriləcək və qarşılaşma saat 20:00-da başlayacaq.

COMMENTS