Ekzotik meyvə almağa tələsməyin -Doktordan TÖVSİYƏ

Ekzotik meyvə almağa tələsməyin -Doktordan TÖVSİYƏ

“Süni iqlim şəraitində yetişdirilməyən qidalar insan sağlamlığına ciddi ziyandır.” Tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az-a bu barədə açıqlama verib.

“Hazırkı dövrümüzdə insanların qidalanma tərzləri çox dəyişib. Əvvəllər bu imkanlar bu şəkildə yox idi. Çünki sovet dövründə idxal ixrac tamamilə fərqli idi. Burada ancaq Azərbaycanda və SSRİ ərazisində yetişdirilən meyvə və tərəvəzlərdən istifadə olunurdu və kənardan bu ekzotik meyvələrin, tərəvəzlərin gətirilməsi demək olar ki mümkünsüz idi. Amma hal-hazırda burada böyük imkanlar var.”

Ekspert süni iqlim şəraitində meyvələrin yetişdirilməsini pisləyib.

“Əvvəla, müəyyən bitkilərin süni iqlim şəraitində, parniklərdə yetişdirilməsi, digər tərəfdən də dünyanın istənilən ölkəsindən istənilən meyvə və tərəvəzin idxal edilməsi, insanların bunlardan istifadə etməsi qida rejimini xeyli dəyişdirib. O baxımdan burada iki faktor var. Müəyyən qidalar süni iqlim şəraitində yetişdirilməsi nəticəsində onlar aidiyyatı olmayan vaxtda, yəni qış vaxtında becərilməyən bitkiləri əldə etmək mümkündür. Bu qidalar təbii şəkildə yetişdirilsəydi, bunları il boyu qəbul edilməsi çox yaxşı olardı. Həmçinin vitaminsizlik qorxusu da olmazdı. Amma süni iqlim şəraitində yetişdirilən gübrələrdə, bitkilərdə onların parazitlərdən qorunması və yetişdirilməsi üçün həm gübrələrdən, həm də zərərverici kiməvi maddələrdən istifadə olunur. Bunların özləri də meyvələrin tərkibinə keçir. Təssüflər olsun ki, biz bəzən bu cür məsələlərlə üz-üzəyik.”

DAoktor meyvə almaq istəyənlərə məsləhət də verib.

“İnsanlar mövsümü olmayan meyvələri yeməsinlər. Təbii şəraitdə, vaxtında becərilən, yəni hər meyvəni vaxtına uyğun yeyilməsi qida rejimi üçün daha yaxşı olardı. Amma süni iqlim şəraitində yetişdirilən qidalar orqanizmə xeyli ziyan vurur. Çünki buların tərkibinə müxtəlif inqridientlər hopur ki, bunların bəziləri orqanizmə toksiki təsir edir və digər bizim bilmədiyimiz təsirlər də edə bilər. Bu baxımdan da bu ekoloji, ciddi bir problemdi. Bu problemi insanlar özləri tənzim etməlidirlər.”

DOSYE.ORG

COMMENTS