Elmar Vəliyev şikayətçiləri qəbul etdi

Avqustun 14-də Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin növbəti qəbul günü keçirilib.

 

İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, budəfəki qəbulda da ən çox diqqət Qarabağ müharibəsi əlillərinin, eləcə də şəhid ailələrinin problemlərinin həllinə yönəldilib. Bu kateqoriyadan olan insanları təmkinlə dinləyən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev onların qaldırdıqları bir çox məsələləri elə yerindəcə həll edib. Bəzilərinin həlli üçün isə aidiyyəti orqanların rəhbərlərinə tapşırıqlar verib. İkinci qrup Qarabağ əlilləri Feruz Rzayev, Səfər Yusifov və Vüqar Qarayev, şəhid anaları Qeysun Babayeva və Xalidə Abdullayeva, Çernobıl əlili Şöhrət Abbasovun icra başçısına etdikləri müraciətlər müsbət həllini tapıb. Şəhər İcra Hakimiyyətinin başçısı torpaqlarımızın bütövlüyü uğrunda fədakarlıq göstərmiş hər bir Azərbaycan vətəndaşına dövlət səviyyəsində qayğı göstərildiyini və bu məsələnin ölkə başçısının daim nəzarətində olduğunu qeyd edib. Ümumilikdə qəbulda 100 nəfər iştirak edib. Onların içərisində mənzilində yaranmış qəzalı vəziyyətdən, su problemindən, liftin işləməməsindən, sağlamlıqlarının bərpası üçün lazımi köməklikdən, evləri yanmış vətəndaşlara maddi yardım və sair məsələlərdən bəhs edən müraciətlər də olub. Həmin müraciətlərin həll olunması üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib.

COMMENTS