Elnarə Abdulayevanın əri: “Onu döymüşəm”

ANS telekanalında yayımlanan “A-dan Z-yə” şousu bu həftə də maraqlı hadisələr ilə yadda qaldı.

Ailem.az gecce.az-a istinadən xəbər verir ki, “Bakı Film”in təqdimatında yayımlanan verilişin əsas qonağı məşhur xanəndə Elnarə Abdullayevaolub. Proqramın yaradıcı heyəti sənətçinin ailə üzvləri ilə görüşüb bir-bir müsahibələr alıb. E.Abdullayevanın həyat yoldaşı söhbət zamanı xanımını döydüyünü bildirib. O, buna səbəb olaraq xanəndənin toylardan birindən gec qayıtmasını göstərib.

Sənətçinin şəxsi həyatı barədə bu günə qədər bilmədiyiniz bir çox məqamlar ortaya çıxıb. Bir müddət öncə aralarında qalmaqal yaşanan Xatirə İslam və Elnarə Abdullayeva bu verilişdə üz-üzə gələrək söz-söhbətə aydılıq gətiriblər və aralarında heç bir problemin olmadığını, çox mehrban münasibətdə olduqlarını bildiriblər. Sənətçilər arasında baş verən narazıçılığa Elnarə xanımın efir vasitəsi ilə oğluna heç vaxt müğənni almayacağını deməsi olmuşdu.

Bundan əlavə olaraq “A-dan Z-yə” komandası tərəfindən E.Abdullayeva üçün maraqlı sürpriz hazırlayıblar. Elnarə xanımın xəbəri olmadan oğlu stuiyaya gətirilib. Studiyaya gələn oğlan anasının fikirlərinə qarşı çıxıb:

“Mən anam ilə razı deyiləm, müğənnidən müğənniyə fərq var. Hər şey ola bilər, ola bilsin ki, gələcəkdə sənətçi xanım ilə ailə həyatı qurdum”.

COMMENTS