Elnarə həyat yoldaşına mahnı həsr etdi

Elnarə həyat yoldaşına mahnı həsr etdi

Müğənni Elnarə Xəlilova yeni mahnısı və klipini təqdim edib.

“Ruh Əkizi” adlanan yeni yaradıcı işin musiqisi Rəşad Bağırov, sözləri Cavid Əhmədov, aranjemanı Rəşad Bağırova məxsusdur. Klipin rejissoru Bəhruz Qurbanlı, prodüseri PRoMete, icracı prodüseri Faiq Abdullayevdir. Bu barədə dosye.org-a E. Xəlilova özü məlumat verib.

Müğənni “Ruh Əkizi” mahnısını həyat yoldaşı ilə tanışlığının 20 illiyinə həsr edib. Klipdə onların toyundan olan görüntülər yer alıb. Çəkilişlər “CinemaPlus” kinoteatrında aparılıb.

Xatırladaq ki, Elnarə telejurnalist Rövşən Cahangirovla ailəlidir. Onların 4 övladı var.

DOSYE.ORG

COMMENTS