Elza Seyidcahan “Psixasof” şeirini “Yeni Müsavat” a təqdim etdi

Müğənni-bəstəkar Elza Seyidcahan yeni şeirini “Yeni Müsavat”-a təqdim edib.

Müğənni bildirib ki, şeirin ikinci adı “Ruhun hikməti”dir. Onun sözlərinə görə, “Psixasof” əslində teatrda işlədilən bir janrdır:
“Bu şeirimlə bildirmək istəyirəm ki, hamı yazır, biz niyə yazmırıq ki… Hələ tələbə vaxtı mən teatrlar üçün tamaşalara musiqi bəstələyirdim. Onların arasında  H.Orucovun “Durnalar qayıdanda”, İ.Əfəndiyev “Sən mənim dayımsan”, Ə.Əylislinin “Bağdada putyovka var”, Q.Muxtarın “Uçuş”, “Yuğ” teatrında “Boğazca Fatma”, “Nənənin nağılları” kimi tamaşaları göstərə bilərəm. Bu tamaşalarımda bir xüsusiyyət var idi- ruhun hikməti. Mən çox xoşbəxtəm ki, zamanında bu cür tamaşalar üçün musiqilər bəstələmişəm. Əgər istedadım olmasaydı, teatr rəhbərləri mənimlə iş birliyi yaratmazdılar.

Vaxtilə mən teatrlarla işləyib evdə körpə uşaqlarımı böyüdürdüm. Hətta mağazadalardan çörək almağa gücüm çatmırdı, buna görə çörəyi evdə özüm bişirməli olurdum. Deməyim budur ki, mən öz zəhmətimlə bu səviyyə gəlib çıxmışam, şükür ki, övladlarım indi böüyüyb və mənə dayaq olurlar. Bu məni çox sevindirir”.

Əkrəm Əylislinin “Daş yuxular” adlanan əsərindən danışan bəstəkar hansısa məqamları elə sirr olaraq saxlamq lazım olduğunu bildirdi:

“Bağdada putyovka var” əsərinə musiqi bəstələyəndə onun yaradıcılığı ilə az da olsa tanış olmuşdum. Lakin sonuncu əsərilə bağlı onu deyə bilərəm ki, hər bir yaradıcı insanın içərisində hansısa ruhi, sirli bir amil olur. Bəzən onları açıb kiməsə demək olmaz. Məsələn, Əkrəm Əylisli bəlkə də nəyisə doğru yazıb və yaxud əksinə, lakin onları yazıb düşməni sevindirməməliydi. Halbuki, haqsız olan mənfur qonşularımız heç bir zaman hansısa səhv addımı haqqında nə yazı yazıb, nə də açıqlayıb. Bizim günahmız olmadığı halda bu cür əsərlərin ortaya çıxması doğru deyil. Biz özümüzü dünyaya lazımi şəkildə təqdim etməliyik, daha bu car əsərlərlə deyil. Bədxah düşmənlərimizin əlinə əsas verməməliyik ki, onlar bizi belə əsər və yaxud yazılarla sonradan şantaj edə bilsin. Qüsurlarımız olsa belə bunu gizlətməyə çalışmalıyıq”.

Elza Seydcahan bu günlərdə manatın qiymətinin düşməsi ilə bağlı olan bir şeirin onun adından yayıldığını deyib. Müğənni-bəstəkarın sözlərinə görə artıq buna görə Baş Prokurorluğa şikayət ərizəsi verib:

“Mənim adımdan yenə yalan şeirlər paylaşıblar. Buna görə cavab verməli olacaqlar. Heç olmasa yazanda qeyd etsinlər ki, şeri yaradanda Elzadan yaralanmışıq.
“Dollar qalxdı ət qalxdı
Düşdü manatlar
Qaçdı qıratlar…lar, lar, lar,
Yatıbdı millət, 8 manatdı ət….ət, ət, ət…” və s. Məni sizin vasitənizlə xalqa səslənib  bildirirəm ki, bu şeir tamamilə mənə aid deyil.

Qeyd edək ki, bu günlərdə Elza Seyidcahan “İlin şairəsi” seçilib. Onun “Psixasof” (“Ruhun hikməti”) adlı yeni şeirini təqdim edirik:
 
 
 
 Ruhun  hikməti

Şairlər var, 1000 söz ilə toxunmur,
Qovrulur.
Psixasofdu, ofofofdu, safdı, sofudu,
Soxa, sofdu,
Soxa, soxdu.
Ufudu, tfudu,
Pikovaya fleytadu,
Dodekafondu, şerim fondu,
Amma, çoxdu.
Yazan var ki,
Pis gözlərə oxdu!
Polifonikdi?
Sizinki mikdi?!
Şair var ki, pik gözlərə dikdi!
Neynəyək indi adnız yazanlardı?!
İnciməyin.
Yazan var ki, “şairləri” pozdurur!
Şair gərək,
Vətənindən, torpağından,
İlham alsın,
Tarix olsun,
Şair odur, bir könüldən, 1000 könülə
Vurulmaq üçün,
Zahir olsun,
Şair olsun,
Zahid olsun,
Aşıq olsun,
Şair olsun?
Yox olmasın, olmasın.
O, olmasın, bu olsun?
Çox yazmasın, pozmasın!
Sizə nə var ki?
Qoy yazsın da!
Qoy yandırsın, yaxsın da!
Harmonikdi, 32-likdi,
Sizdə bəlkə 100-illikdi?
Əsirlərin şairləri, yazanları olan yerdə
Biz kimik ki???
Şairlər var, şeirləri soxulmur.
Yazanlar var, bir sözü ilə toxunur!
Şairlər var, şeirləri toxuyur,
Yazanlar var, bir sözü ilə doğruyur!
Çoxa çoxdu.
Psixasofdu.
Sufidi, offdu.
Soxa-soxdu!
Bizə yoxdu??”

COMMENTS