Emil Balayev Türkiyəyə gedir – Prezidentdən açıqlama

Emil Balayev Türkiyəyə gedir – Prezidentdən açıqlama

“Tobol”un prezidenti Nikolay Panin komandanın qapıçısı Emil Balayev haqda danışıb.

Qol.az-ın Qazaxıstan klubunun saytına istinadən yaydığı xəbərə görə, o, komanda ilə təlim-məşq toplanışı üçün Dubayda olan millimizinin qolkiperinin Türkiyəyə gedəcəyini deyib: “Emilin Türkiyədə bərpası nəzərdə tutulub. Toplanışın bir hissəsini orada keçirəcək, fərdi proqram üzrə hazırlaşacaq”.

Qeyd edək ki, “Tobol”da baş məşqçi vəzifəsinə erməni Qriqori Babayanın gətirilməsindən sonra Emil Balayevin klubdan ayrılacağı iddia olunur.

DOSYE.ORG

COMMENTS