Emin Ağalarov koronavirus haqda

Emin Ağalarov koronavirus haqda

Azərbaycan əsilli rusiyalı müğənni və iş adamı Emin Ağalarov dünyada koronavirus pandemiyasına baxmayaraq qastrollarını təxirə salmaq niyyətində deyil.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, müğənni Moskva, Monako, Düsseldrof, Bodrum və əlbətdə ki, Bakı şəhərlərində “Jara” musiqi festivalının keçirilməsi planlarının qüvvədə qaldığını özünün İnstagram səhifəsindən açıqlayıb.

“Mən ümid edirəm ki, biz bir-birimizi efemer virusla yoluxdurmayacağıq. Mən hesab edirəm ki, o ümumiyyətlə, ola bilsin hətta mövcud deyil”,-Ağalarov bildirib.

Müğənni bu günlərdə Yessentuki və Stavrapolda konsertlər verib. Mart ayı ərzində Kirov, Kazan, Samara və İjevsk şəhərlərində qastrol turları planlaşdırır.

DOSYE.ORG

COMMENTS