Erməni gəmiləri hücuma keçir

Ermənistan varlı görünmək üçün malik olduğu tək evi satıb bahalı maşın alan ailə başçısına bənzəyir.

ANS PRESS-in məlumatına görə, “Haykakan jamanak” qəzetinin Vorotan su elektrik stansiyasına həsr elədiyi məqaləni oxuduqdan sonra bu qənaətə gəlmək olur. Qəzetin yazdığına görə, Vorotan kaskadının istismarından əldə edilən 1,5 milyard dram (3,125 milyon dollar) vəsait Ermənistan hökumətinin üzvləri üçün nəzərdə tutulmuş elit istirahət mərkəzinin təmirinə yönəldilib.

Ermənistanda elektrik enerjisi tariflərinin kilvovatsaat üçün 48 dramdan, yəni 10 sentdən 58 drama, yəni 12 sentə qaldırılması məsələsinə toxunan “Haykakan jamanak” əhalini ciddi narahat edən bu bahalaşmanı hökumətin isrfaçılığı ilə izah edir. “Ermənistan hakimiyyəti energetika sahəsində yığılmış borclar barədə şikayət edərək bildirir ki, bu borclar obyektiv səbəblər üzündən yığılıb. Amma aydın olur ki, bu sahə elitar binaların tikintisini maliyyələşdirib”,- deyə qəzet yazır. Məqalədə bildirilir ki, Ermənistan hökuməti bu cür xərclər üzündən müxtəlif şirkətlərə 35 milyon dollar pul borcludur.

Bir qədər isə Ermənistan elektrik şəbəkəsinin vəsaitləri hesabına müxtəlif nazirliklər və dövlət qurumları üçün 11 ədəd bahalı xarici avtomobil alındığı ortaya çıxmışdı. Həmçinin aydın olmuşdu ki, Ermənistan parlamentinin sədri müxtəlif özəl və dövlət şirkətlərinin rəhbərlərini məcbur edir ki, gələn xarici qonaqlara bahalı hədiyyələr verməkdə yardımçı olsunlar.

Təbii ki, ermənilər ənənəvi ədabazlıqlarına sadiq qalıblar və varlı görünmək üçün hər addıma əl atırlar. Bu, 1918-20-ci illərdə mövcud olmuş daşnak Ermənistanının dənizçilik nazirliyi yaratmasına bənzəyir. O vaxt məsələ ilə maraqlanmış Avropa curnalistləri heç bir dənizi olmayan dağlıq bir ölkədə dənizçilik nazirliyinin nəyə lazım olması barədə sual veriblər. Onlar isə cavab verib ki, biz ərazilərimizi genişləndirərək gələcəkdə dənizdən dənizə böyük Ermənistan yaradacağıq, indidən buna hazırlıq görürük.

COMMENTS