Erməni müxalifət liderləri görüşüb Sərkisyanın hədəsini müzakirə edir

Ermənistanda üç müxalif partiyanın rəhbəri görüşür. Məqsəd müxalifətçi Gagik Tsarukyana qarşı hökumətin son hücumlarını müzakirə etməkdir.

Gagik Tsarukyan parlamentdə ikinci böyük partiya olan “Çiçəklənən Ermənistan”ın lideridir. Baş nazir Hovik Abramyanın göstərişi ilə Tsarukyanın vergidən yayınması ilə bağlı araşdırma aparılır.

Fevralın 12-də prezident Serj Sərkisyan hakim Respublikaçılar Partiyasının liderlərinə deyib ki, “Tsarukyan pisdır və siyasi proseslərdən kənarlaşdırılmalıdır”.

Ertəsi gün Tsarukyan bəyan edib ki, qələbə qazananadək bu yoldadır. O, həmçinin tərəfdarlarını küçələrə çıxmağa və Sərkisyanın istefasını tələb etməyə çağırıb.

Tsarukyanla görüşəcək digər iki partiyanın lideri hökumətin ona qarşı davranışının siyasi motivli və konstitusiyaya zidd olduğunu bəyan ediblər.

COMMENTS