Ermənistan – Albaniya oyunu ləğv olundu

Ermənistan – Albaniya oyunu ləğv olundu

Ermənistan və Albaniya milli komandaları arasında oktyabrın 7-də Yerevanda keçirilməli olan yoldaşlıq oyunu baş tutmayacaq.

Qol.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Bölgədəki vəziyyəti nəzərə alan UEFA qarşılaşmanı ləğv edib.

Bundan başqa, UEFA-nın ermənilərin Millətlər Liqasının 3-cü turunda Gürcüstanla oktyabrın 11-də oynayacağı ev oyunu barədə yaxın günlərdə qərar qəbul edəcəyi bildirilib. Görüşün neytral meydanda olacağı gözlənilir.

DOSYE.ORG

COMMENTS