Ermənistan müharibəyə HAZIRLAŞIR

Ermənistan müharibəyə HAZIRLAŞIR

Ermənistan ordusu yeni müharibəyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, Ermənistanda 48 yaşa qədər olan kişilər təlim toplanışına çağırılıb. Ermənilərin təcili təlimə çağırılması ölkənin müharibə hazırlığı ilə əlaqələndirilir.

Qeyd edək ki, son günlər həm Ermənistan silahlı qüvvələri, həm də Qarabağdakı separatçılar Azərbaycan ordusuna qarşı təxribatlar törətməklə məşğuldur. Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub.

COMMENTS