Ermənistan prezidenti İrana yalvarır: “Azərbaycanı dayandır”

Ermənistan prezidenti İrana yalvarır: “Azərbaycanı dayandır”

Son günlər döyüş meydanında mövqelərini sürətlə itirən Ermənistan hər vəchlə İranı münaqişəyə cəlb etməyə çalışır. Bu məqsədinə çatmayan düşmən ölkənin prezidenti Armen Sarkisyan İrandan nə gözlədiklərini açıq dillə ifadə edib.

Rusiya jurnalistlərinin suallarını cavablandıran A.Sarkisyan İranın hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana təsir edə biləcəyini deyib:

“İran Azərbaycana olan təsir imkanlarından atəşin dayandırılması üçün istifadə edə bilər. Mən istərdim ki, İran özünün bütün kanallarından – siyasi, etnik və digər – müharibəni dayandırmaq üçün istifadə etsin. Aydındır ki, öz sərhədlərində hərbi əməliyyatlar İran üçün xoş deyil. Çoxlu sayda terrorçunun, döyüşçünün olması kimə xoş gələr ki”…

Qeyd edək ki, erməni təbliğat maşını bir həftəyə yaxındır aktiv şəkildə İranı Azərbaycana qarşı addımlar atmağa təhrik edən materiallar yayır. Açıq görünür ki, Rusiyadan, Avropadan gözlədiyi dəstəyi ala bilməyən ermənilər son çarə kimi İrana üz tutublar.

DOSYE.ORG

COMMENTS