Ermənistanda 8 polis əməkdaşı koronavirusa yoluxdu

Ermənistanda 8 polis əməkdaşı koronavirusa yoluxdu

Ermənistan polisinin 8 əməkdaşında koronavirus aşkarlanıb.

Bu barədə ölkənin İctimai Televiziyasında polis rəisi Arman Sarkisyan bildirib.

O deyib ki, həmin polislərin özləri və yaxınları ətrafdan təcrid edilib.

“Bu əməkdaşların ətrafı təcrid olunub. Səhiyyə Nazirliyi tibbi araşdırmanı həyata keçirir, biz də başqa bölmələrdə koronavirusun yayılmasının qarşısını almaq üçün həmin polis əməkdaşlarının ünsiyyət dairəsini təcrid etməyə çalışırıq”, – deyə o vurğulayıb.(“Report”)

DOSYE.ORG

COMMENTS