Ermənistanda baş nazir müavininin kürəkəni həbs olundu

Ermənistanda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində ərzaq məhsullarının təhlükəsizliyi üzrə Dövlət Xidmətinin bir neçə əməkdaşı həbs olunub.
 
Avropa.info xəbər verir ki, həbs olunan şəxslər ölkəyə vaxtı keçmiş məhsulların gətirilməsində ittiham olunurlar. Bu barədə Dövlət Xidmətinin mətbuat katibi Nvard Arakelyan məlumat verib.
 
Həbs olunanlar arasında baş nazir müavininin kürəkəni Vaçe Qabrielyan da var. İnformasiyaya görə, onun adı Armendir. O idarənin yeni müdirinin “öz adamı” sayılır. 
 
Saxlanılan şəxslərdən ikisinə qarşı cinayət işi açılıb.

COMMENTS