Ermənistanda Rusiyaya və KTMT-yə qarşı AKSİYA

Ermənistanda Rusiyaya və KTMT-yə qarşı AKSİYA

Ermənistanın Gümrü şəhərində də Rusiyaya və KTMT-yə qarşı aksiya keçirilib.

DOSYE.ORG axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, aksiya iştirakçıları ölkənin KTMT-dən çıxmasını tələb ediblər və Rusiyaya qarşı şüarlar səsləndiriblər.

Qeyd edək ki, Ermənistan hakimiyyəti siyasi istiqaməti ciddi şəkildə dəyişərək, Rusiyanın orbitindən çıxmaq kursu götürüb. Bunun üçünsə Rusiyaya qarşı ictimai narazılığı körükləyir.

COMMENTS