Ermənistanın ekoloji terror siyasəti

Azərbaycan Cənubi Qafqazda, əlverişli coğrafi mövqeyi, təbii şəraiti və zəngin təbii sərvətləri ilə həmişə diqqət mərkəzində olmuşdur. Məhz bu səbəbdən də bu ərazilərdə həmişə münaqişələr, müharibələr tez-tez baş vermişdir. Müharibə gedən ərazilərdə isə hər dəqiqə ölə biləcəyini düşünən insanlar ekologiyanın və ya ətraf mühitin qorunması haqqında heç bir qanun-qaydaya əməl etmirlər. Ona görə də təbiət, sözün əsl mənasında, məhv edilir.

1990-cı illərdən Azərbaycanın zorla cəlb edildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Xəzər hövzəsində nəinki tək Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə, eyni zamanda bütün Xəzər hövzəsi regionunda yerləşən dövlətlərin hamısının – İran, Türkmənistan, Qazaxıstan, Rusiya, eləcə də Gürcüstan və Türkiyənin də ekoloji durumuna mənfi təsir göstərir. Bəzi rəsmi məlumatlarda da Ermənistan tərəfindən Azərbaycan ərazilərinin çirkləndirilməsi, atmosferə və su hövzələrinə atılan zərərli maddələrin miqdarı az da olsa göstərilir. Əslində isə Ermənistan tərəfindən ətraf mühitin çirkləndirilməsi aşağıda göstərilən rəsmi məlumatlardan bir neçə dəfə çoxdur.

Atmosferə atılan zərərli maddələrin miqdarı (Ermənistan Respublikasının rəsmi məlumatı)

Atılmış zərərli maddələrin cəmi, tonla
2008
2009
2010
2011
Toz Kükürd dioksid Azot oksidləri Karbon oksid. Cəmi:
28,53 0,14 9,40 44,2 82,76
26,37 40,00 9,44 44,24 120,05
2020,00 0,04 9,20 44,00 2073,24
– 0,04 9,20 44,00 53,24

Su hövzələrinə atılan zərərli maddələrin miqdarı. (Ermənistan Respublikasının rəsmi məlumatı)

Atılmış zərərli maddələrin cəmi, tonla
2008
2009
2010
2011
Suspenziyalar (asılqanlar) Ammonyak
Sintetik maddələr Xloridlər Neft məhsulları Sulfatlar Oksigendə biokimyəvi tələbat Cəmi:
35,539 0,124 0,0963 0,3 0,1933 2,16 0,044 38,463
37,52 0,12 0,47 0,66 0,15 2,16 0,04 41,13
47,475 0.004 0,00032 0,18 0,15 2,16 0,044 50,01332
44,688 0,121 0,1933 38,78 0,1653 2,16 0,044 86,1516

Ermənistan ərazisindən gün ərzində 2,1 milyon m3 çirkab su təmizlənmədən Ermənistan ərazisindən gələn Oxçuçay, Bazarçay, Bəsitçay, Həkəriçay, Köndələnçay, Tərtərçay və Xaçınçay qolları vasitəsilə birbaşa Araz çayına axıdılır. Ermənistanın Cənubi Qafqazda bəşəriyyətə və insanlığa qarşı yönələn terror siyasəti bütünlüklə Xəzər hövzəsindəki ölkələrin təbiətinə, bioloji müxtəlifliyə ciddi ziyan vurmaqda davam edir. Belə ki, Ermənistan Respublikasının bu qeyri-insani hərəkətləri, xüsusi ilə Qarabağ və ətraf rayonlarda ekoloji tarazlığın pozulmasına – mineral xammal ehtiyatlarımızın qanunsuz mənimsənilməsinə, meşə zolaqlarının vəhşicəsinə qırılmasına və yandırılmasına, Araz çayı və qollarının çirkləndirilməsinə, heyvanat aləminin xüsusi qəddarlıqla məhv edilməsinə səbəb olan işğalçılıq siyasətini dövlət siyasətinə çeviriblər. Axar suların çirkləndirilməsi Xəzər dənizində nadir balıq növlərinin kökünün kəsilməsinə və dəniz florasının tədricən məhv edilməsinə səbəb olmuşdur.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2014-cü ilin oktyabr ayının II ongünlüyündə həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür və Araz çayları, onların qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması bir daha sübut olunmuşdur. Belə ki, suyun tərkibindəki spesifik çirkləndiricilərdən sayılan fenollar Kür çayı üzrə Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 4.9, Ağstafaçay su anbarında isə 4 dəfə, Araz çayı üzrə isə Horadizdə 3.4, I Şahsevəndə 3.1, Bəhramtəpədə isə 2.9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Gündən-günə qloballaşan dünyanın iqtisadiyyatına nəzər salsaq, burada dağ-mədən sənayesinin sürətlə artan rolunu görə bilərik. Bu gün Azərbaycanın mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri Ölkədə dağ-mədən sənayesinin inkişaf etdirilməsinə, dağ-mədən sənayesi məhsulları və xammalın dünya bazarına ixrac olunmasına geniş imkanlar yaradır. Hazırda Azərbaycanın mövcud imkanları onu yüksək dərəcədə inkişaf etmiş dağ-mədən sənayesinə malik olan bir ölkəyə çevirməyə qadirdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, geoloq-mütəxəssis M.Y.Fətəliyevin verdiyi məlumatda göstərilir ki, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində (XX əsrin 60-80-ci illərdə) faydalı qazıntıların öyrənilməsi üçün aparılan geoloji, geofiziki və hidrogeoloji axtarış və kəşfiyyat işlərinə faktiki olaraq 50 milyona yaxın Sovet rublu həcmində maliyyə vəsaiti sərf edilmişdi. Bunun nəticəsidir ki, işğal edilmiş ərazilərdə ehtiyatları təsdiq olunaraq Azərbaycan Respublikasının faydalı qazıntılarının Dövlət və Sahə balanslarında qeydiyyata alınmış 163 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yataqları aşkarlanmışdır. Bu yataqlardakı mineral xammalın müasir bazar qiymətləri ilə dəyəri trilyonlarla ABŞ dollarına bərabərdir.

Ümumilikdə isə, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 561 yataq, təzahür və perspektivli minerallaşma sahələri müəyyən olunub. Keçmiş SSRİ Hökumətində Geologiya naziri işləmiş, hal-hazırda Qağlıq Qarabağda məskunlaşan Qriqori Qabrielyansın məlumatında isə 285 faydalı qazıntı yatağı qeydiyyata alındığı, onlardan 83-ün filiz, 197-nin qeyri-filiz, 5-nin yanar faydalı qazıntılar olması, həmçinin faydalı qazıntılara dair 78 proqram tərtib edildiyini, bunların 68-nin hasilatla, 14-nün tədqiqatlarla (11 filiz, 1 qeyri-filiz və 2 yanar faydalı qazıntılar) bağlı olduğu qeyd edilir.

COMMENTS