Ermənistanın müdafiə naziri istefaya göndərilir

Ermənistanın hakim Respublika Partiyasında müdafiə naziri Vigen Sarkisyanın istefaya göndərilməsi müzakirə olunur.

Bu barədə Ermənistanın “Aykakan jamanak” nəşri məlumat yayıb.

Məlumata görə, prezident Serj Sarkisyan yaxın ətrafı ilə söhbəti zamanı Vigen Sarkisyandan narazılıq edib və bildirib ki, o, özünü müdafiə naziri postunda göstərə bilməyib.

Nəşrə məlumat verən mənbənin sözlərinə görə, Ermənistanın hazırki müdafiə naziri aprelin 9-dan sonra ölkə XİN-ə rəhbərlik edə bilər.

Müdafiə naziri postuna isə Artak Zakaryan gətiriləcək. Artak Zakaryan hazırda Ermənistanın müdafiə nazirinin müavinidir. O, nazirliyə Milli Məclisdən gətirilib. (azvision.az)

Dosye.org

COMMENTS