Ermənistanın müdafiə naziri Naxçıvanla sərhədə gəldi

Ermənistanın müdafiə naziri Seyran Ohanyan iyunun 29-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan tərəfdən olan ərazisinə gəlib.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, erməni nazir burada iyunun 26-da atışma nəticəsində bir əsgərin məhv edildiyi, ikisinin yaralandığı Syunik vilayətinin Qorayk kəndindəki erməni mövqelərinə baş çəkib.

Ohanyan istehkam məntəqələrinə gedib, yerindəcə operativ situasiya ilə də tanış olub. O, zabit və əsgərlərlə söhbətində şəxsi heyətin hazırlığı, mənəvi-psixoloji durumu ilə maraqlanıb. Müdafiə naziri effektiv xidmətlə bağlı zəruri tapşırıqlarını verib.

Xatırladaq ki, iyunun 26-da Naxçıvanın Ermənistanla sərhəddindəki atışmada 1 erməni həırbi qulluqçusu məhv edilib, 2-si yaralanıb.

COMMENTS