Erməni baş nazirindən etiraf: “Qarabağ probleminin həllində irəliləyiş olacaq”

Abramyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olduğunu dilə gətirib.

Ermənistan Baş naziri Ovik Abramyan Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən Soçi görüşündə müəyyən irəliləyişin olacağını vurğulayıb.

Axar.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə Vanadzor rayonuna səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. Abramyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olduğunu dilə gətirib.

Onun sözlərinə görə, təmas xəttində baş verən son hadisələr müharibə vəziyyətinə çatmayacaq.

COMMENTS