Erməni ordusunda çaşqınlıq

Cəbhə bölgəsinə gedən jurnalistlər Tovuz rayonunda sərhəd kəndlərindəki vəziyyətlə tanış olublar.

 

Dosye.org saytının bilgilərinə görə bu barədə Modern.az-ın bölgədəki əməkdakı xəbər verib. Onun dediyinə görə Tovuzdakı “N” saylı hərbi hissənin qərargah rəisi Ermənistan ordusundakı başıpozuqluq barədə məlumat verib. O, bildirib ki, eməni silahlı birləşmələrinin şəxsi heyəti arasında döyüş novbətçiliyi çəkmək üçün hərbçilər çatışmadığından döyüş növbətçiliyinə yerli əhali cəlb olunur.

Verilən məlumatlara görə, həmin şəxslərə bunun müqabilində müəyyən muzd ödənilir. Muzdun məbləğinin təxminən 150 dollar civarında olduğu ehtimal edilir.

Azərbaycan Ordusunun zabiti onu da bildirib ki, qarşı tərəfdən mövqelərimiz gündüz saatlarında ara-sıra, gecələr isə intensiv şəkildə kiçik və iriçaplı silahlardan atəşə tutulur. Xüsusən də Tovuzun Əlibəyli kəndindəki mövqelərimiz atəşə məruz qalır. Düşmənə layiqincə cavab verilir, onların texnikası və şəxsi heyəti məhv edilir.

Qərargah rəisi vurğulayıb ki, şəxsi heyət bir addım da geri çəkilmək fikrində deyil.

COMMENTS