Ermənilər Əlibəylini atəşə tutur – kənd sakinləri təşviş içində – Son xəbər

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. Yerli sakinlərin musavat.com-a verdiyi məlumata görə, bu gün axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub.

 

Sakinlər bildirir ki, artıq iki saatdır ki, 10-15 dəqiqə fasilələrlə erməni silahlı birləşmələri kəndi iri çaplı silahlardan atəşə tutur.

İtki barədə heç bir məlumat yoxdur.

Əlavə məlumat verəcəyik

COMMENTS