Ermənilərdən itki ilə bağlı açıqlama: 20 ölü, 26 yaralı

Ermənistanın Müdafiə Nazirliyi bəyanatla çıxış edib. Musavat.com Tert.am-a istinadən verdiyi məlumata görə, bəyanatıa deyilir ki, cəbhə xəttində vəziyyət kəskin gərginləşib. Ermənistan tərəfi iddia edir ki, örən gecə Azərbaycan ordusu müxtəlif silahlardan istifadə edərək atəşkəsi pozub. Nəticədə Ermınistan ordusu ciddi itki verib – 20 ölü, 26 yaralı.

Ermənistan Müdafiə Nazirliyi hədə-qorxu gəlib ki, Azərbaycan ordusuna kəskin cavab veriləcək.

Qeyd edək ki, xəbər Tert.am saytında yerləşdirildikdən sonra çıxarılıb. Bir neçə dəqiqə keçib və xəbər saatı dəyişdirilməklə yenidən sayta yerləşdirilib.

COMMENTS