Ermənilərdən sərsəm iddia:”İlham Əliyev Qafqazda yenidən müharibə başlatmaq istəyir”

AMERİKA ERMƏNİLƏRİ MİLLİ KOMİTƏSİ ATƏT-dən İNCİYİB; ABŞ-dan DA NARAZIDIR

 

Öncə Amerika Erməniləri Milli Komitəsi ( AEMK. Armenian National Committee of America) barədə statistik məlumatlara nəzər salaq. Amerikadakı erməni diasporunun fəaliyyətinin koordinasiyası ilə məşğul olan və eləcə də Avropanın bir çox şəhərlərində ofisləri fəaliyyət göstərən komitə Daşnaksyutun partiyası ilə sıx əlaqələrə malikdir. Digər erməni təşkilatları ilə birgə “erməni soyqırımı” nın tanınması məqsədi ilə kompaniyalar təşkil edir. Ermənistana və Qarabağ separatçılarına maddi və siyasi yardım göstərir. ABŞ prezidentinə və siyasi elitasına təsir və təzyiq göstərərək qondarma erməni soyqırımını tanıtmaq və Türkiyədən təzminat alınmağa cəhd edir. Azərbaycana qarşı aparılan informasiya müharibəsinin təşkilinin maliyyələşdirilməsi də AEMK-in prioritetləri sırasındadır.

İndi isə bu komitənin Qarabağda hərbi münaqişənin yenidən alovlanması ilə bağlı yaydığı bəyanata diqqət edək. Komitə bildirir ki, bu bəyanat Azərbaycanın Ermənistana və Dağlıq Qarabağa son hücumları ilə əlaqədar ortaya çıxıb. Gördüyü kimi, ilk cümlə də yalanla başlayır. Çünki Azərbaycan Ermənistana hücum etməyib və hərbi münaqişə qarşı tərəfin təhriki ilə ölkəmizin ərazisində gedir…

Komitə ATƏT-in Minsk qrupunu xüsusi həvəslə ittiham edir: “Onların Azərbaycanın hərbi hücumlarını aydın şəkildə ittiham etməyə iradəsi çatmır“…

Ermənilər bir az da irəli gedərək ATƏT-in Minsk qrupunu “Qafqazda yenidən müharibəyə başlamaq istəyən“ İlham Əliyevə yarınmaqda ittiham edirlər.

Dövlət Departamentinin Qarabağda baş verən son olaylara münasibətindən də narazı qalan komitə təkid edir ki, ABŞ “zorakılığın eskalasiyasından narahat olmaq”dansa aydın şəkildə Azərbaycanın təcavüzünü pisləməlidir.

COMMENTS