Ermənilərin kəşfiyyat-təxribat qrupları cəbhə xəttini keçməyə çalışıb

Düşmənin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçməsi cəhdinin qarşısı alınıb.

 

Modern.az satrı xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

COMMENTS