Estoniyadan Rusiyaya sərt cavab: “Tartu” qüvvədədir!

Estoniyadan Rusiyaya sərt cavab: “Tartu” qüvvədədir!

Sovet Rusiyası ilə imzalanan Tartu sülh müqaviləsi qüvvədə qalmaqdadır.

Axar.az xəbər verir ki, bu sözləri Estoniya Prezidenti Kersti Kalyulayd deyib.

“Tartu sülh müqaviləsi müstəqil Estoniya dövlətinin yaradılmasının sübut olub, olmaqdadır və olacaqdır. Müqavilə qüvvədədir”, – dövlət başçısı bildirib.

Xanım prezidenti qeyd edib ki, o zaman Estoniya SSRİ-yə könüllü surətdə qoşulmayıb.

O, Sovet dövründəki prosesləri işğal adlandırıb.

Bundan öncə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 1920-ci ildə imzalanan Tartu müqaviləsinin qüvvədə olmadığını və tarixə qovuşduğunu demişdi.

Qeyd edək ki, sözügedən müqavilə ilə (1920-ci il, 2 fevral) Sovet Rusiyası Estoniyanın müstəqilliyini tanımışdı.

DOSYE.ORG

COMMENTS