“EuroHome”da yanğın güclənib, “Çağırış 3” elan edilib – bazarı xilas etmək mümkün deyil – Yenilənib

“EuroHome”da yanğın güclənib, “Çağırış 3” elan edilib – bazarı xilas etmək mümkün deyil – Yenilənib

“Bakının Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb edilib, “Çağırış 3” elan olunub”.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Yanğına şahidlik edənlərin Musavat.com əməkdaşı bildirir ki, “EuroHome” ticarət mərkəzindəki yanğın güclənib. Əraziyə yaxın məsafədən keçən avtomobil yolunda hərəkət məhdudlaşdırılıb. Bazarda əsasən tikinti materialları satıldığı üçün yanğın qısa müddətdə geniş əraziyə yayılıb.

Yanğın yerinə vertolyot da cəlb edilib.

DOSYE.ORG

Gunel Ebilova adlı şəxsin şəkli.

COMMENTS