“Evli kişidən hamilə qaldığım üçün…” – Bu etiraf izləyiciləri özündən çıxardı

“Evli kişidən hamilə qaldığım üçün…” – Bu etiraf izləyiciləri özündən çıxardı

Türkiyəli fenomen Şeyma Subaşı açıqlaması ilə tənqid hədəfinə çevrilib.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Youtube kanalında izləyicilərin sualını cavablandırıb.

Fenomen məşhur olmağının səbəbini belə izah edib:

“Evli və çox tanınmış birindən hamilə qaldığım üçün bu qədər məşhur oldum. Hamiləliyim boyunca küçəyə çıxa bilmirdim. Hamı qarnıma baxırdı, şəkil çəkməyə çalışırdı. Ona görə Mayamiyə getdim və qızımı orda dünyaya gətirdim”.

Ş.Subaşının TV8-in rəhbəri Acun Ilıcalı və qızı ilə bağlı bu etirafları izləyiciləri özündən çıxarıb. İzləyicilər Şeymanın məşhur olmaq üçün hər yola əl atdığını yazıb, onu sərt tənqid ediblər.

DOSYE.ORG

COMMENTS