Fəhlə yıxılaraq ağır bədən xəsarəti aldı- LERİKDƏ

Fəhlə yıxılaraq ağır bədən xəsarəti aldı- LERİKDƏ

Lerik rayonunda bədbaxt hadisə baş verib.

Belə ki, rayonun mərkəzində internat məktəbin həyətində inşa edilən yeməkxananın üçüncü mərtəbəsindən fəhlə yıxılaraq ağır bədən xəsarəti alıb. Dosye.org-a məlumat verən mənbə vurğulayır ki, xəsarət alan fəhlə  İlqar Şahiyev adlı rayon sakinidir. Əldə etdiyimiz məlumatlara görə, həmən tikintini üzərinə götürən Təhsil Tikinti Şirkəti (TTŞ) əməkdaşlarla heç bir müqavilə bağlamayıb. İlqar Şahiyevin günəmüz işlədiyi bildirilir.

Son məlumatlara görə xəsarət alan fəhlə reanimasiya şöbəsinə yerləşdirilib. Onun mərhum prezident Heydər Əliyevin yaxın dostu Xaniş müəllimin baçısı oğludur.

DOSYE.ORG

 

COMMENTS