Fələstin İsraili beynəlxalq məhkəməyə verdi

Fələstin İsraili beynəlxalq məhkəməyə verdi

Fələstin İsraili Haaqa Beynəlxaq Məhkəməsinə verib.

“Report” xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib.

Onun sözlərinə görə, İsrailin Fələstində törətdiyi qətllərlə bağlı sənədlər Haaqa Beynəlxaq Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.

Dosye.org

COMMENTS