Facebook çökdü

Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebookda problem yaranıb.

Musavat.com xəbər verir ki, Azərbaycanda “facebook”da əngəl yaranıb.

Saat 10:20-dən etibarən facebook sosial şəbəkəsinə daxil olmaq mümkün olmayıb.

Şəbəkəyə daxil olmaq istəyən istifadəçilər “bağışlayın, nə isə yolunda getmir. Ən qısa vaxt ərzində bunu həll edəcəyik” yazısı ilə qarşılaşıblar.

Qeyd edək ki facebook-a tək Azərbaycanda deyil, Türkiyədə, Rusiyada, Almaniyada, İsveçdə də daxil olmaq mümkün deyil.

COMMENTS