Fazil Mustafaya İTTİHAM: “İran Xarici İşlər Nazirliyindən nə istəyirdiniz?”

İranın tanınmış ziyalısı, eks-diplomat, yazar-tərcüməçi Əsgər Fərdi Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafanı sərt tənqid edib. Modern.az saytı onun fikirlərini təqdim edir:

 

“Bunca elmi harda saxlayır görəsən? Oturub bir dünya şiəni qoyub qabağına danlayır və nəsihət verir. Ağıldan zəkadan bəhs edir. Kaş gözü gözümə toxunsaydı da, sadəcə elə belə bir üzünə baxsaydım, onda İran xatirələri yadına düşərdi. Hələ cavan uşaq ikən Naxçıvandan gəlib həm də birbaşa İran Xarici İşlər Nazirliyinin Qafqaz şöbəsindən nə istəyirdi? Bilsəydim o istəklər verilməsə, bu qədər öz xalqına düşmən kəsiləcək, hələ deputatda olacaq, çıxarıb öz cibimdən verərdim ki, gedib Fətulla hocasının adamlarının qapısına dirənməsin. İndi görün nə “alimanə” və “fəlsəfi” fətva verib”

Ə. Fərdi azərbaycanlı deputatın dini mövzulardakı yazılarını və mükalimələrini sərt sözlərlə tənqid edib. “Mən Haydeggerin fəlsəfi nəzəriyyələrinə bağlıyam, görəsən mən alman xüsusi xidmətinin üzvüyəm? 70 il Pakistan və Əfqanıstan və Hindistan şiələri Ayətullah Şəriətmədarinin müqəllidi olubar, o cümlədən Zülfüqar Əli Bhutto və qızı Bənazir xanıma Pəhləvi casusları demək olar? İranın yarısı 60 il Ayətullah Xoyi və Həkimin müqəllidləri olublar, demək iranlılar İraq casusu işləyiblər?”

Qeyd edək ki, deputat F. Mustafa öz facebook səhifəsində dini mövzuda qeydləri xeyli müzakirələr doğurub. Sözügedən qeydlərdə Azərbaycanda “İran istehsalı olan” çoxlu saytların varlığı da dilə gətirilib. Əsgər Fərdiyə gəlincə, o, dəfələrlə Azərbaycanda olub və keçmiş İran prezidenti Rəfsəncaninin Bakıya gəlişi zamanı dövlət başçısına tərcüməçilik edib.

COMMENTS