Fevralın 12-si hava yağmursuz olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlədə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz  8-10 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz  60-70 % təşkil edəcək.                        
Azərbaycanın rayonlarından əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacaq.      

COMMENTS