FHN əhaliyə müraciət etdi

FHN əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. 

FHN-dən “Report”a bildirilib ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır: – bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır; – tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır; – tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır; – tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər; – yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Qeyd olunub ki, qaydalara biganəlik insan həyatına təhlükədir. Nazirlik təhlükə zamanı 112-yə zəng etməyi xahiş edib.

DOSYE.ORG

COMMENTS