Fransada etirazlar davam edir: 1 milyon nəfər küçəyə çıxdı

Fransada etirazlar davam edir: 1 milyon nəfər küçəyə çıxdı

Fransada pensiya yaşının artırılmasına qarşı keçirilən aksiyalar bu gün də davam edib.

DOSYE.ORG xarici KİV-ə xəbər verir ki, həmkarlar ittifaqı aksiyalarda bir milyondan çox insanın iştirak etdiyini bildirib.

Təkcə paytaxt Parisdə keçəyə çıxan insanların sayı 94 000 nəfərə çatıb. Parisdə güc strukturları ilə gənclər arasında qarşıdurma yaşanıb, polis etirazçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib.

Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə aksiyalarda 740 000 nəfərin iştirak etdiyini açıqlayıb.

COMMENTS