Fransada məscidə niyə hücum edilib?

Fransada məscidə niyə hücum edilib?

Fransanın Bayon şəhərindəki məscidə hücum edərək iki nəfəri yaralayan şəxsin məqsədi bəlli olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə danışan şəhər prokuroru Mark Marye bildirib ki, hücum edən şəxsin məqsədi Notr-Dam kilsəsində baş verən yanğının qisasını almaq olub.

Qeyd edək ki, ötən gün Fransanın Bayonn kommunasında məscidə hücum edilib. Məscidi yandırmağa çalışan 84 yaşlı S.Klod adlı şəxs olub. O, məscidi yandırmağa cəhd edərkən ona mane olmaq istəyən 74 və 78 yaşlı iki nəfərə atəş açaraq onları yaralayıb və yaxınlıqdakı avtomobili yandırıb.

Xatırladaq ki, Notr-Dam kilsəsində yanğın bu il aprelin 15-də olub. Alovun qarşısı yalnız 15 saatdan sonra alınıb. Kilsənin bərpasının bir neçə il davam edəcəyi bildirilir.

Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsi Fransa paytaxtının başlıca simvoludur. Notr-Dam Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılıb. Kilsə yarandığı tarixdən etibarən Parisin ən simvolik memarlıq abidələrindən biri olub.

DOSYE.ORG

COMMENTS