Fransadan Türkiyəyə şok ittiham

Fransanın təhlükəsizlik təşkilatı Türkiyədən qayıdan cihadçıları saxlayaraq, dindirmək üçün Paris hava limanında gözlədiyi bir vaxtda cihadçılar Marsel hava limanından Fransaya sərbəst şəkildə girməsi ölkədə qalmaqala səbəb olub.

 

Fransanın müdafiə naziri Jan-İv Le Drian yürkiyə təmsilçilərinin təyyarə dəyişikliyi barədə Fransa nümayəndələrini məlumatlandırmadığını bildirib.

“France İnfo” radiosuna açıqlama verən müdafiə naziri keçən il Tuluzadakı bir yəhudi məktəbinə qanlı hücum təşkil edərək, bir neçə uğaşı öldürən Məhəmməd Merahın qayını Zbsülvahid Bağdadi, uşaqlıq dostu İmad Cəbali və sonradan müsəlman olan Fransa vətəndaşı Gael Maurizedən ibarət çihadçıların Türkiyə tərəfindən göndərildiyini bildirib. Jan-İv Le Drian Parisə uçan təyyarənin pilotunun “özəl sərnişinlər”i təhlükəsizlik baxımından təyyarəyə buraxmadığını və cihadçıların Marsel təyyarəsinə mindiyini, Türkiyə tərəfinin isə bu dəyişiklik barədə Fransa təmsilçilərinə məlumat vermədiyini bəyan edib (musavat.com).

COMMENTS