GƏNCƏ DÖVLƏT UNIVERSITETI SƏNƏD QƏBULU ELAN EDIR

GƏNCƏ DÖVLƏT UNIVERSITETI SƏNƏD QƏBULU ELAN EDIR

2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə (təkrar) ali təhsil almaq   istəyənlər üçün əyani və qiyabi təhsil forması üzrə

SƏNƏD QƏBULU ELAN EDIR:

Əyani  təhsil forması üzrə: Gəncə Dövlət Universitetində fəaliyyət göstərən bütün ixtisaslara.

Qiyabi  təhsil forması üzrə:

  1. Iqtisadiyyat

Mühasibat uçotu və audit
Tarix
Sosial iş
Bədən tərbiyəsi və idman
Filologiya(Azərbaycan dili və ədəbiyyat)
Turizim və otelçilik

Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona   bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

–  rektorun adına ərizə və müqavilə

– ali  təhsil haqqında sənədin  (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;

– əmək kitabçasının surəti;

– 3 x 4  sm ölçüdə 6 ədəd fotoşəkil;

– şəxsiyyət vəsiqəsinin surəti;

– sağlamlıq haqqında arayış.

Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Əlavə ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu  ilə  əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.

Təhsil – əyani təhsil formasında Azərbaycan və rus, qiyabi təhsil formasında isə Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

QEYD: Sənədlər 2019-cu il  iyu1 ayının 1-dən avqustun 31-dək (istirahət günlərindən başqa)  saat 10.00-dan  17.30-dək  GDU-nun V tədris binasında Əlavə təhsil fakültəsinin dekanlığında qəbul edilir.

ÜNVAN: AZ 2000, Gəncə şəhəri, Cavadbəy Rəfibəyli 57

Gəncə Dövlət Universiteti, tədris binası

Telefon:     (022) 264 – 24 -44 ,(055) 296 – 66-86 ,(051)765-01-51

COMMENTS