Gəncə şəhər sakini bıçaqlandı

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

 

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin “Avtozavod” qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 34 yaşlı Tural Qurbanov şəxsi münasibətlər zəminində, 46 yaşlı Natiq Quliyevi bıçaqlayıb.

Quliyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib və onun vəziyyətinin orta- ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.(APA)

COMMENTS