Gəncəyə atılan raket Əməkdar artistin bacısının da evini dağıdıb

Gəncəyə atılan raket Əməkdar artistin bacısının da evini dağıdıb

Xəbər verdiyimiz kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Hadisə zamanı Əməkdar artist Aybəniz Haşımovanın bacısı Rənanın evi də dağılıb.

Sənətçinin yaxınları məlumatı təsdiq edib:

“Mənfur ermənilərin Gəncəyə atdığı atəş nəticəsində Aybəniz xanımın bacısının evi də dağılıb. Pəncərələr çilik-çilikdir. Amma şükür özlərinə heç nə olmayıb”.

Qeyd edək ki, bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin meyiti çıxarılıb.

DOSYE.ORG

COMMENTS